Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Amerikalı professor: Bayden erməni diasporunu əlində saxlamağa çalışır



Newscenter.az.25.04.2021. “ABŞ Prezidenti Co Bayden qondarma erməni soyqırımı ifadəsi işlətməklə Birləşmiş Ştatlarda yaşayan erməni diasporunu əlində saxlamağa çalışır”.

Bunu ABŞ-ın Rutqers Universitetinin professoru, akademik, siyasi analitik Huşəng Əmirəhmədi "Report"un yerli bürosuna açıqlamasında deyib

"ABŞ prezidenti Co Bayden “erməni soyqırımı” ifadəsindən istifadə etdiyi açıqlaması ilə bu günə qədər digər Birləşmiş Ştatların rəhbərlərinin yürütdüyü ehtiyatlı siyasət metodundan kənara çıxdı. Düşünürəm ki, Baydenin bu qərarı ilə Türkiyə və Amerika əlaqələrində ciddi dəyişiklik yaratmaqla yanaşı, müsəlman ölkələri ilə ABŞ-ın münasibətlərində çox şeyləri dəyişdirəcək. Hansı sanksiyalar tətbiq olunacaq, nələr yaşanacaq bunu yaxın gələcəkdə görəcəyik. Məsələnin dərinliyinə gedəndə əslində Türkiyə və Azərbaycan adına verilmiş çox ciddi bir qərardan söhbət getdiyini görürük", - deyə Huşəng Əmirəhmədi əlavə edib.
Xəbəri paylaş