Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Bakı Ali Neft Məktəbinin əməkdaşlarının kütləvi şəkildə vaksinasiyasına başlanılıb



Newscenter.az.30.04.2021. Bakı Ali Neft Məktəbinin əməkdaşlarının “COVID-19” infeksiyasına qarşı kütləvi şəkildə vaksinasiya prosesinə başlanılıb.

Newscenter.az-a təhsil ocağından bildirilib ki, koronavirus pandemiyasının qarşısının alınması məqsədilə ölkəmizdə həyata keçirilən vaksinasiya tədbirləri çərçivəsində Bakı Ali Neft Məktəbinin əməkdaşlarının “COVID-19” infeksiyasına qarşı peyvənd olunması prosesi davam edir.

Mövcud pandemiya şəraitində dövlət tərəfindən planlı vaksinasiyanın aparılması “Azərbaycan Respublikasında “COVID-19” xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası” ilə tənzimlənir.

Bu strategiyaya görə, təhsil sektorunda çalışanlar yüksək risk qrupuna aid olunur. Bunu nəzərə alaraq, indiyədək Ali Məktəbin əməkdaşlarından 100 nəfərdən çoxu peyvənd olunub.

Qeyd edək ki, Azərbaycanda koronavirusa qarşı vaksinasiyaya yanvarın 18-dən başlanılıb. Fevralın 8-dən isə vaksinasiyanın ikinci mərhələsinə start verilib.

Pandemiyanın davam etməsini, “COVID-19” xəstəliyinin insanların sağlamlığı üçün təhlükəli olmasını, qlobal səhiyyə sistemi qarşısında mühüm həyati vacib məsələlərin həll edilməli olduğunu nəzərə alaraq ÜST tərəfindən dünyada bu xəstəliyə qarşı mübarizə də güclü təsiredici imkana malik vaksinlərə ehtiyacın olması bəyan edib.

R.Mehdiyeva
Xəbəri paylaş