Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Müğənni Aygün Aydın doğum gününü qeyd etdi-FOTOLAR



Newscenter.az.9.05.2021. Hərbi vətənpərvərlik mövzularında bir sıra mahnıların ifaçısı, pop-estrada müğənnisi Aygün Aydın özünün doğum gününü qeyd edib.

Newscenter.az xəbər verir ki, karantin qaydalarına tam uyğun şəkildə keçirilən tədbirdə Aygün Aydının yaxın dostları, sənət adamları iştirak edib.

Müğənni ad günü partisində çıxışı zamanı karantin səbəbindən geniş tədbir keçirə bilmədiyini və bu səbəbdən bütün dostlarının məclisə dəvət etməsinin qeyri-mümkün olduğunu bildirib. Sənətçi doğum günündə ona təbrik ünvanlayan hər bir şəxsə ayrı-ayrılıqda təşəkkürünü ifadə edib.

Doğum günün partisində sənətçi repertuarından bir-birindən maraqlı ifalar səsləndirib.

NEWSCENTER.AZ

Xəbəri paylaş