Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Deputat Jalə Əhmədova yazır: Böyük siyasətçi



Newscenter.az.10.05.2021. Dünyanın elə dövlət xadimləri, siyasətçiləri vardır ki, yaşadıqları məkandan asılı olmayaraq zaman keçsə belə unudulmur, xalqın qəlbində özünə əbədi yer tapır, özlərindən sonra böyük siyasətçi adını, böyük bir siyasət məktəbini miras qoyub gedirlər. ​ Həmin siyasətçilərin qüdrəti, xalqı və vətəni qarşısındakı xidmətləri min illər keçsə belə yaddan çıxmır, nəsillərdən-nəsillərə ötürülür.

Atdığı hər bir addımını xalqın mənafeyi ilə uzlaşdıran, ən qısa zaman kəsiyində ölkədaxili siyasi və iqtisadi problemlərin tam həllinə nail olan Heydər Əliyevin Azərbaycan dövlətçiliyi uğrunda mübarizəsi əvəzsiz olub və Azərbaycan xalqı özünün Böyük Oğlunun xidmətlərini heç vaxt unutmayacaq. Məhz Ümummilli Liderimizin uzaqgörən siyasi gedişləri nəticəsində Azərbaycan müstəqilliyini qoruyub saxlaya bilib və bu, Azərbaycan xalqının şahidi olduğu tarixi bir həqiqətdir. ​ Tarixi isə pozmaq mümkün deyil!

Dərin zəka, ağıl və düşüncə, möhkəm iradə, sarsılmaz yaddaş, soyuq və dözümlü münasibət, dəmir məntiq kimi fenomenal xüsusiyyətlərə malik olan Heydər Əliyev,​ dünyanın diqqət mərkəzində olan siyasi xadimlər arasında xüsusi yerə və nüfuza sahib olub.
Dünya siyasi tribunasından diqtə etdiyi qətiyyətli çıxışları, keçirdiyi görüşlər nəticəsində hegemon dünya dövlətləri ilə Azərbaycan arasındakı əlaqələrin və dövlətlərarası qarşılıqlı münasibətlərin təməli məhz Heydər Əliyev tərəfindən qoyulub və bu gün, o böyük siyasətçinin yolunu Prezident İlham Əliyev uğurla davam etdirir. Cənab Prezidentin gərgin əməyi, uzaqgörən xarici və daxili siyasəti nəticəsində Azərbaycan bu gün​ bölgədə və dünyada söz və nüfuz sahibinə çevrilib.

Mayın 10-da Ulu Öndərimizin doğum günüdür. Dünya miqyaslı ictimai-siyasi xadim, böyük şəxsiyyət, müstəqil Azərbaycanın memarı və qurucusu, Ümummilli Liderimiz Heydər Əliyevə Allahdan rəhmət diləyirəm.

Sonsuz hörmət və ehtiramla,
Jalə Əhmədova-Milli Məclisin deputatı
Xəbəri paylaş