Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycanda peyvənd olunanların sayı açıqlandı



Newscenter.az.13.05.2021. Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 21015 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 857, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 16 158 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 1 748 525, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 1 019 352, ikinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı isə 729 173 təşkil edir.
Xəbəri paylaş