Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Vətən müharibəsi qaziləri ilə arxa cəbhədə əsgərlərimizə dəstək olanların iftar süfrəsində görüşü keçirilib-FOTOLAR



Newscenter.az.13.05.2021. "NaxPro" MMC və "Redex Cargo"nun təşkilatçılığı ilə 44 günlük Vətən Savaşında iştirak edərək şücaət göstərmiş 10 qazi ilə arxa cəbhədə əsgərlərimizə dəstək olanların iftar süfrəsində görüşü keçirilib.

Newscenter.az-ın xəbərinə görə, görüşdə "NaxPro" MMC-nin təsisçisi Emin Tarverdiyev bildirib ki, “Bu tədbirimizi daha böyük tərkibdə etmək olardı. Lakin mövcud pandemiyada Covid-19 virusundan qorunmaq üçün hələki bu görüşü təxirə salmışıq. Əsas məqsədimiz Vətən müharibəsində fərqlənən, torpaqlarımızın azad edilməsində şücaətlər göstərmiş qazilərimizin qəhrəmanlıqlarını təbliğ etmək, onların hər zaman dövlətimiz və xalqımız tərəfindən diqqət mərkəzində olduqlarını nəzərinizə çatdırmaqdır”.

Sonra qazilər iftar süfrəsi arxasında keçdikləri döyüş yolundan danışıb, gələcək nəsillərin, bundan sonra daha vətənpərvər, daha məğrur böyüyəcəklərini diqqətə çatdırıblar.

"NaxPro" MMC-nin təşkil etdiyi tədbirin sonunda sponsorlar "Redex Cargo", "Farma Şah" MMC, "Ordubad nemətləri" MMC , "Müasir Məkan" MMC, "Naxçıvan Məhsulları" PHŞ və "OBA" marketlər şəbəkəsi tərəfindən hazırlanan hədiyyələr, Hədəf Nəşriyyatı tərəfindən hazırlanmış “General Polad Həşimov xatirələrdə” və tarixçi alim Zaur Əliyevin “Erməni kilsəsi və terror” kitabları qazilərə təqdim olunub.
Tədbirin sonunda xatirə şəkilləri çəkilib.

Anar

Xəbəri paylaş