Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Erməni əsgərin asılmış meyiti aşkarlandı



Newscenter.az.14.05.2021. Ermənistanın Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin əsgərinin meyiti aşkarlanıb.

Newscenter.az xəbər verir ki, bu barədə Ermənistanın Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, 2002-ci il təvəllüdlü Roman Baqdasaryan ötən il hərbi xidmətə çağırılıb. Onun meyiti bu gün səhər saat 7 radələrində asılmış vəziyyətdə aşkarlanıb.

Faktla bağlı istintaq aparılır.

Anar Tağıyev
Xəbəri paylaş