Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycanda 2 milyona yaxın vaksin vurulub



Newscenter.az.22.05.2021. Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 36 758 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Newscenter.az-a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 25 158, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 11 600 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 1 961 563, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 115 044, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 846 519 təşkil edir.
Xəbəri paylaş