Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycanın apardığı hərbi strateji siyasətin uğurlu nəticəsi



Newscenter.az.22.05.2021. Elə hadisələr olur ki, sual doğursa da cavabını həmin anda tapa bilməsən də zaman və baş vermiş hadisələr sualın cavabını ortaya çıxarır. 44 gün Qarabağ savaşının böyük təzyiqlər olmasına baxmayaraq şanlı Azərbaycan ordusunun qanı - canı bahasına işğaldan azad edildi. Rus sülh məramlı qoşunlarının Xankəndində yerləşdirməsi və Laçın dəhlizinin ermənilərin üzünə açıq buraxılması xalqımızı çox ciddi narahat etmişdir. Bu məsələdə siyasi təşkilatlar öz siyasi maraqlarını həyata keçirmək üçün hadisənin mahiyyətini bilməyən xalqa təbliğat apararaq işğaldan azad olunmuş əraziləri belə əhəmiyyətini gözdən samağa cəhd etmişdir.

Bir qurup insanlar da var ki, təbliğata uyub, siyasilərin təsiri altında prosesləri dərk etmədən nə danışdıqlarını bilmirlər. Əksər sadə vətandaşların proseslərə reaksiyası torpaqlarımızın bütövlüyündən və milli qürurla bağlıdır. Bu gün Paşinyanın Erməni əhalisi qarşısında Zəngəzurda kolidorunun verilməsi haqqında çıxışlarına diqqət etdikdə Laçın dəhlizinin ermənilərin üzünə bağlanmamasının strateji sirrləri ortaya çıxır. Erməni cəmiyyəti və Paşinyan arasında olan dialoqu izlədikdə Laçın dəhlizinin ermənilərin üzünə açıq buraxılması Zəngəzur kolidorunun açılmasında ermənilərin istər Azərbaycan və istərsə də dünya ölkələri qarısında deyəcəkləri sözü və gətirəcək bəhanələri bəri başdan əlindən almışdır. Qarabağ statusunun ləvğ olunması ermənilərin Xankəndində və Xosalıda yaşamaq perespektivini daimi olmayacağını göstəricisidir. Bu da fiziki müharibənin deyil, siyasi strateji müharibənin göstəricisidir. Yəni canlı qüvvə itirmədən məqsədə doğru addımdır.

Qazaxın yeddi kəndini və Kərkinin geri alınması məsələsinin gündəmə gəlməsi də Azərbaycanın apardığı hərbi strateji siyasətinin uğurlu nəticəsidir. Proseslərin gedişindən Azəörbaycanın BMT tərəfindən tanınmış ərazi bütövlüyü təmin olunacaqdır. Çox yaxın gələcəkdə Rusiya sülh məramlarının Qarabağda taleyini görəcəyik. Belə ki, sərhəddə sülhməramlılarına ehtiyac olacaqsa bölğədə təkcə Rus ordusundan kontingent olmayacaqdır. Zaman - zaman bölgədə gedən geosiyasi və geoiqtisadi proseslərin Azərbaycanın xeyrinə nəticələnəcəyini görəcəyik. Bu sehrli çubuqla deyil, səbrlə və taktika ilə həyata keçiriləcəkdir. Nəzərə alsaq ki, imperiyalar çökəndə varlıqlarını müharibəylə - fiziki savaşla qoruyurar. Azərbaycanın Rusiyanın sülh məramlı adı altında fəaliyyət göstərən ermənipərəst qüvvələrin davranışlarına diqqət etdikdə Azərbaycan hökumətinin səbrlə davranışını başa düşmək olur. Necə deyərlər “Qoy xətasını məndən sovsun” - deyə bölgədə baş verə biləcək müharibə qarşısını alır. Düşünürəmki, bu taktika dövlətçiliyimizin, xalqımızın təhlükəsizliyi baxımından ən optimal strateji bir addımdır.

Rusiyanın daxili və xarici siyasətində baş verən hadisələrəö diqqət etdikdə isə Rusiyanın gələcək perespektivi güc olaraq ortada görsənmir. Azərbaycan isə bölgənin ən güclü dövləti olmaqla yanaşı, bizə qarşı olan qüvvələrə nisbətən güclü müttəfiqlərə malikdir. Dünyada gedən proseslərdə yeni güclərin qurup halında meydana çıxması və onların geosiyasi və geoiqtisadi maraqlarında Azərbaycanın yer alması ölkəmizin iqtisadi və siyasi əhəmiyyətini artırmaqla gələcək inkişafına böyük təkan verəcəkdir. Xalqımız isə proseslərin mahiyyətinə diqqət etsə ölkəmizdə sıxışdırılan qüvvələrin əlaltılarının təbliğatına uymamalıdır. Səbrlə və dözümlə bu ağır prosesləri ötüb, dövlətçiliyimizi qorumaq şərti ilə həmən ana gəlib çıxmalıyıq.

Tahir Abbaslı
Azərbaycan İslam Demokrat Partiyasının sədri, AXH TK nın üzvü
Xəbəri paylaş