Newscenter.az.22.05.2021. Azərbaycan Prezidenti İlham Əliyevlə Belarus Prezidenti Aleksandr Lukaşenko arasında telefon danışığı zamanı Azərbaycan-Ermənistan sərhədindəki vəziyyət də müzakirə olunub.
Newscenter.az-in xəbərinə görə, İlham Əliyev Azərbaycan-Ermənistan sərhədindəki vəziyyətlə bağlı ətraflı məlumat verib, bu yaxınlarda baş vermiş məlum hadisələrlə əlaqədar Azərbaycanın mövqeyini çatdırıb.
Aleksandr Lukaşenko ölkəsinin bu vəziyyətin yaxın günlərdə nizamlanacağına ümidvar olduğunu qeyd edib.
Qeyd edək ki, mayın 22-də Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib.