Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

TƏBİB sədri Türkiyə səfiri ilə görüşüb



Newscenter.az.22.05.2021. Azərbaycan Tıbbi Ərazi Bölmələri İdarə Birliyinin (TƏBİB) sədri Ramin Bayramlı Türkiyənin Azərbaycana yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Cahit Bağçı ilə görüşüb.

Newscenter.az diplomatı yeni fəaliyyətə başlaması münasibətilə təbrik etmək üçün səfirliyə gələn TƏBİB sədri səfir Cahit Bağçı ilə görüşündə Azərbaycanın COVID-19-a qarşı mübarizədə həyata keçirdiyi tədbirlər barədə danışıb. Ramin Bayramlı koronavirusa qarşı mübarizə məqsədilə aparılan vaksinasiya prosesi barədə səfirə məlumat verib.

Görüşdə həmçinin tibb sahəsində Türkiyə ilə birgə əməkdaşlığa dair müzakirələr aparılıb.

Mehman
Xəbəri paylaş