Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycanda koronavirusa yoluxma sayı 200-ə düşdü



Newscenter.az.23.05.2021. Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 219 yeni yoluxma faktı qeydə alınıb, 717 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 9 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 332 454 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 320 708 nəfər müalicə olunaraq sağalıb, 4 860 nəfər vəfat edib. 6886 nəfər aktiv xəstə sayını təşkil edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7211, bu günə qədər isə ümumilikdə 3 453 244 test icra olunub.
Xəbəri paylaş