Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Daha bir qazimiz vəfat etdi



Newscenter.az.23.05.2021. Vətən müharibəsi qazisi Elman Ağayev şəhidlik zirvəsinə yüksəlib.

Newscenter.az xəbər verir ki, Elman Ağayev bu gün vəfat edib. Vətən müharibəsində Murovdağ istiqamətində gedən döyüşlərdə yaralanan Elman Ağayev 15 günə yaxın komada qalıb.

Bir müddət müalicə alan Elman Ağayev səhhəti normallaşandan sonra xidmətini davam etdirib. Bir müddət əvvəl isə yenidən səhhətindəki ağrılardan şikayətlənirmiş.

Mayin 22-də müalicə olunmaq üçün məzuniyyət götürüb evə gəən Elman Ağayevin qəfildən halı pisləşib və təcili tibbi yardım çağrılana qədər qazimiz dünyasını dəyiib.

22 il hərbi xidmətdə qulluq edən qazi Elman Ağayevin 3 uşağı yadigar qalıb.

Allah rəhmət eləsin!
Xəbəri paylaş