Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Gürcüstanda daha bir azərbaycanlı qətlə yetirildi



Newscenter.az.23.05.2021. Gürcüstanın paytaxtı Tbilisinin mərkəzi Abanotubani rayonunda ötən gecə yerli gənclər arasında dava baş verib.

“Report”un yerli bürosunun məlumatına görə, köhnə Xarpuxi məhəlləsindəki insident zamanı 32 yaşlı yerli azərbaycanlı qətlə yetirilib.
Hadisə zamanı bir neçə azərbaycanlı gənc soyuq silahla xəsarət alıb. Onlar xəstəxanaya çatdırılıb və reanimasiyaya yerləşdirilib. Yaralıların vəziyyəti ağırdır.
Yayılan məlumatlara əsasən, dava azərbaycanlı və kürd əsilli gənclər arasında olub.

Hadisənin digər detalları hələ məlum deyil.
Xəbəri paylaş