Newscenter.az.23.05.2021. İsrail və Həmas arasında ötən gün Misirin vasitəçilyi ilə atəşkəs əldə edildi. Hər iki tərəfin bu atəşkəsə ehtiyacı var idi. Demək olar ki, hər iki tərəf raket atışları ilə yalnız daxili siyasətdə öz mövqelərini gücləndirməyə çalışırdı. İsrail Baş naziri B. Netanyahu növbədənkənar seçkilərdə qələbə əldə etmək və korrupsiya iddihamlarından yayınmaq üçün bu kimi hərbi əməliyyat lazım idi. Qəzza zolağında "Həmas"-da beynəlxalq yardımlar və mövqelərini möhkəmləndirmək üçün bu kimi hücumda maraqlı tərəf idi.
Qeyd edim ki, İsrail siyasi-hərbi kabinetinin Həması bitirmək planı yoxdur. Müharibənin gedişində Qəzza zolağında quru əməliyyat hazırlanmışdı. İki səbəbə görə buna gedə bilmədi. Halbuki, plan var idi. Birinci, Həmasla üzbəüz döyüşdə canlı qüvvə itkisinə məruz qalacaqdı. Və həlledici qələbə qazana bilməyəcəkdi. Buda B. Netanyahunun reytinqinə mənfi təsir edəcəkdi. İkinci, Qəzza zolağında əahlinin sıx məskunlaşdığına görə ciddi mülki insanlar hədəf olacaqdı. Buda İsrailə qarşı beynəlxalq təzyiqə yol açacaqdı. Üçüncü, Həmas bitirmək İsrailin planında yoxdur. Çünki, daxili siyasi prosesləri əldə saxlamaq üçün Həmas düşmən kimi əllərində vasitədir.
On gün davam edən bu müharibədə hər iki tərəf qələbə qazanmadı və yalnız nisbətən daxili siyasətdə reytinqlərini qorumağa çalışdılar. Həmçinin B, Netanyahu Knessetidə Ərəb partiyasının digər yəhudi partiyası ilə ittifaqına mane oldu.
İsraildə B. Netanyahunun növbəti seçkilərdə qələbə əldə etməsi mümkün görünmür. Çünki, İsrail əhalisi Həması tam məhv edilməsində maraqldıır. Göründüyü kimi Həmasın əlində 10 min raket qalmaqla İsraili təhdid edəcək. Həmasın liderləri İsmayil Haniyə və Xaliq Maşal öz oyunlarını oynayaraq və təşkilatın inkişaf etirilməsində maraqlıdır. Bir sözlə atəşkəslə əldə olunan və növbəti mərhələyə saxlanılan İsrail-Həmas qarşudurması, hər iki tərəfdə siyasətçilərin maraqlarına xidmət edir.
Hazırda İsrail Ərəb ölkələri ilə sıx siyasi əməkdaşlığı davam etdirir. Sülh müqavilələri bağlayır. Regionda proseslər öz axarı ilə davam edir. Ona görə də Azərbaycan israillə əməkdaşlığı daha da inkişaf etdirməli və Təl-Əvivdə səfirliyini açmalıdır.
Məhəmməd Əsədullazadə -politoloq