İtaliya “Avroviziya-2021” mahnı müsabiqəsinin qalibi oldu
Tarix: 23-05-2021, 02:50
Newscenter.az.23.05.2021. Niderlandın Rotterdam şəhərində "Ahoy" arenasında keçirilən “Avroviziya-2021” mahnı müsabiqəsinin qalibi məlum olub.
Newscenter.az xəbər verir ki, İtaliya müsabiqədə birinci yerə çıxıb. Ölkə təmsilçisi “Maneskin” qrupu müsabiqədə 524 xal toplayıb. İtaliya təmsilçilərinin "Zitti e buoni" mahnısı səsvermə zamanı ən çox xal toplayan ifa olub.
Beynəlxalq mahnı müsabiqəsində Fransa ikinci, İsveçrə üçüncü olub.