Sabahdan daha bir avtobusda ödəmə "Bakıkart"la həyata keçiriləcək
Tarix: 23-05-2021, 10:09
Newscenter.az.23.05.2021. Paytaxtda müntəzəm sərnişin daşıma ilə məşğul olan daha bir avtobusda ödəmə "Bakıkart" vasitəsilə həyata keçiriləcək.
Newscenter.az xəbər verir ki, Bakı Nəqliyyat Agentliyi bu barədə məlumat yayıb. Bildirilib ki, mayın 24-dən etibarən "Qara Qarayev m,s-Əmircan qəs istiqamətində hərəkət edən 113 nömrəli avtobuslarda gediş haqqı “BakıKart” vasitəsilə ödəniləcək.
BNA-dan o da bildirilib ki, paytaxtın marşrut şəbəkəsində istismarda olan avtobusların 58 %-i nağdsız ödəniş sisteminə inteqrasiya edilib.
Anar