Newscenter.az.24.05.2021. Şəmkir Rayonu 7 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzinin aparıcı məsləhətçisi Arzu Əmiraslanov korrupsiya şəbəkəsinə başçılıq edir.
Əvvəllər mərkəzin rəyisi vəzifəsində çalışan A.Əmiraslanov hal hazırda aparıcı məsləhətçi kimi fəaliyyətini davam etdirir. Hər iki vəzifədə çalışdığı müddətdə onun haqqında geniş korrupsiya faktları sosial şəbəkələrdə və ictimayyətdə geniş müzakirəyə səbəb olmuşdur.
Amia.az A.Əmiraslanovun əl atdığı korrupsiya faktlarının siyahısını təqdim edir:
1. Ümumtəhsil məktəblərində saxta ştatların açılması,
2. MiQ-də iştirak etməyən şəxslərin rüşvətlə işə qəbulu,
3. 65 yaşı tamam olan direktorların qanunsuz olaraq müqavilələrinin uzadilması və direktor yerlərinin vakansiyadan gizədilməsi,
4. Saxta diplomu olan şəxslərin müəllim kimi fəaliyyətləri,
5. Qeyri ixtisas təhsilli və diplomsuz şəxslərin psixoloq kimi qanunsuz fəaliyyətləri,
6. Ümümtəhsil məktəblərinin lazımi inventarlarla təmin edilməməsi,
7. MiQ-lə göndərən müəllimlərə saxta H 1 və H 2 kompensasiyasının ödənilməsi,
8. Məktəblərdə otaq və heç bir avadanlıq olmadan qanunsuz laboratoriya ştatlarının verilməsi,
9. Xəstə uşaqların sənədlərini saxtalaşdıraraq qanunsuz olaraq evdətəhsilə cəlb edilmələri,
10. Məktəblərdə dərnək və əlavə məşğələlərin keçirilmədiyi halda ayrılan pulların mənimsənilməsi, saxta dərs bölgüləri,
11. Ümumtəhsil məktəblərində yanacaq üçün ayrılan pulların mənimsənilməsi,
12. Pandemiya və kəskin karantin dövründə 2019-cu ilin may, iyun aylarında və 56 günlük yay məzuniyyətindən qanunsuz olaraq "Qırmızı Aypara" cəmiyyətinin adına müəllim və texniki işçilərdən tutulmuş məbləğlər və s. yazmaqla, saymaqla qurtaran deyil.
Onu da qeyd edək ki, A.Əmiraslanov "Qırmızı Aypara" cəmiyyəti adından hər ay qanunsuz yerə pul toplayaraq mənimsəyir.
Ümüd edirik ki, aidiyyatı orqanlar A.Əmiraslanovun yuxarıda qeyd olunan qanundankənar əməllərinə biganə qalmayacaqlar.
Bu ittihamlarla bağlı qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.
Amia.az