Yaxud qurumun mətbuat katibinin rəfiqələri ilə “press-turu”
Newscenter.az.24.05.2021. Atalar yaxşı deyib ki, “ağacı qurd içindən yeyər”. Çoxları sual edə bilər ki, yazının sərlövhəsinin atalar misalına nə dəxli var. Əzizlərim, əlbəttə ki, dəxli var. Çoxları mənimlə razılaşar ki, bu gün “Azərbaycan Dəmir Yolları” QSC-də məhz atalar misalında söylənilən, daha doğrusu Səhmdar Cəmiyyəti içindən yeyən şəbəkə var. Daha dəqiq desək qurumun gördüyü işləri, onun fəaliyyəti və s. mediyaya çatdırmalı olan, lakin bunun əksi addımını atan şəbəkə. Həmin şəbəkəyə isə mətbuata, mediyaya yalnız və yalnız dost, rəfiqə, tələbə yoldaşı prizmasından yanaşan “Azərbaycan Dəmir Yolları” QSC-nin mətbuat katibi Natəvan Bayramova rəhbərlik edir. Bu yazını oxuyar-oxumaz Natəvan Bayramovanın mediada çalışan dostları, rəfiqələri, hətta tələbə yoldaşları, eləcə də yaxından-uzaqdan media ilə yaxınlığı olmayan, lakin Natəvan Bayramovanın səxavətindən bəhrələnən şəxslər dərhal onun müdafiəsinə qalxacaqlar. Qalxsınlar, müdafiə etsinlər. Bizim yazdıqlarımızın böhtan, yalan olduğunu iddia edəcəklər. Etsinlər. Hər kəsin fikirlərinə hörmətlə yanaşırıq və bizim də fikirlərimizə hörmətlə yanaşılmasını arzulayırıq.
Uzatmadan keçirik mətləbə. Yəni Natəvan Bayramovanın yazının əvvəlində qeyd etdiyimiz kimi Səhmdar Cəmiyyət daxilində şəbəkə formalaşdırmasına. Xanım mətbuat katibinin fəaliyyətə başladığı ilk günlərdən “Azərbaycan Dəmir Yolları” QSC-nin rəhbəri Cavid Qurbanova qarşı mətbuatda silsilə tənqidi, bir sıra hallarda qərəzli, böhtan xarakterli yazıların dərc edildiyi bir çox həmkarlarımıza bəllidir. Demək olar ki, hər gün müxtəlif elektron və yazılı KİV-lərdə dərc edilən bu kimi yazılara, tənqidi, yaxud qərəzli materiallara bir qayda olaraq həmin qurumun mətbuat xidməti aydınlıq gətirir, cəmiyyəti, eləcə də digər KİV-ləri reallıqla tanış edir, məlumatlandırır. Məsələn, Dövlət Gömrük Komitəsi barədə hansısa böhtan, yalan dolu məqalə işıq üzü görəndə dərhal qurumun mətbuat xidmətinin rəhbəri Natiq Axundov mediyaya açıqlama verərək bunu təkzib edir. Yaxud DİN, DSX, hətta DTX barədə də eyni fikirləri söyləmək mümkündür.
Ancaq bu vaxta qədər “Azərbaycan Dəmir Yolları” QSC və onun rəhbəri Cavid Qurbanov barədə dəfələrlə qərəzli, böhtan xarakterli yazıların müxtəlif KİV-lərdə dərc edilməsinə baxmayaraq qurumun mətbuat katibi Natəvan Bayramova bir dəfə də olsun mətbuata çıxaraq deyilənlərə aydınlıq gətirməyib. Bu hal isə öz-özlüyündə ümumilikdə cəmiyyətdə Səhmdar Cəmiyyətə və onun rəhbərliyinə qarşı mənfi rəyin formalaşmasına yol açıb. Etiraf edək ki, Natəvan Bayramovadan əvvəl bu vəzifəni icra edən Sevinc Qədirova dərhal bu kimi məsələlərə reaksiya verir, Səhmdar Cəmiyyət barədə qərəz və böhtan xarakterli yazıları təkzib edirdi. Lakin xanım Bayramova özünü əziyyətə salmaq istəmir. Bir qayda olaraq isə Bayramova və onun komandası işlərin çoxluğundan şikayət edir. Nəzərə alsaq ki, 2 ilə yaxındır ki, bütün dünyada pandemiya hökm sürür və bu səbəbdən dəmir yolu nəqliyyatında beynəlxalq və ölkədaxili daşımalar dayandırılıb, eyni zamanda keçirilən görüşlər, toplantılar demək olar ki, minimuma endirilib, o zaman xanım Bayramovanın və onun komandasının işlərinin nədən çox olduğunu anlamaq bir qədər çətindir.
Ancaq bu qaranlıq məqamımıza da bu günlərdə aydınlıq gətirə bildik. Təbii ki, xanım Bayramovanın Qəbələyə press-tur adı altında təşkil etdiyi gəzinti sayəsində. Məhz bu gəzinti ilə bizlərə məlum oldu ki, xanım Bayramova və onun komandası iş adı altında daha çox rəfiqə, dost, tələbə yoldaşlaarı ilə görüşmək, onlarla “müzakirələr” aparmağa üstünlük verir. Hər halda Natavan Bayramova ilə press-tur adı altında gəzməyə gedən mətbuat nümayəndələri ilə hörmətli mətbuat katibi arasında mövcud olan münasibətlər belə deməyə əsas verir. Əgər bizim qərəzli olduğumuzu iddia edənlər varsa, o halda bir sualımıza cavab versinlər. Mətbuatla yaxından və ya uzaqdan heç bir bağlılığı olmayan bir xanımı Natəvan Bayramova hansı “media qurumunun” təmsilçisi kimi press-tura aparmışdı.
Təkcə bu fakta xanım Bayramova əsaslandırılmış şəkildə. Faktlarla cavab verə bilsə o halda “Azərbaycan Dəmir Yoilları” QSC-nin mətbuat katibindən saytımız vasitəsilə üzr istəməyə hazırıq.
Ən dəhşətlisi odur ki, hətta xanım Bayramova press-tur adı altında rəfiqələri ilə həyata keçirdiyi gəzintidə həmin xanımla da pzo verib şəkil çəkdirib və həmin fotonun ictimailəşməsinə göz yumub. Bu artıq özbaşınalığın son həddidir. Eyni zamanda bu hərəkət Səhmdar Cəmiyyətin sədri Cavid Qurbanov üçün heç də başıucalığı gətirməyən bir addımdır. İndiyə qədər Səhmdar Cəmiyyətin uğurlu fəaliyyətini təbliğ edən, onun gördüyü işləri ictimailəşdirib cəmiyyətə çatdıran media qurumlarını bir kənarda qoyub, mətbuatla heç bir əlaqəsi olmayan bir şəxsi press-tur adı altında səfərə aparmaq, eyni zamanda mətbuat katibi tərəfindən mətbuata tüpürmək deməkdir, rüsvayçılıqdır. Düşünürük ki, hörmətli Cavid Qurbanov bu məsələnin araşdırılıb həmin özbaşınalığa, rüsvayçılığa yol verənləri ciddi şəkildə cəzalandıracaq.
Bir məqamı da xüsusi olaraq qeyd etmək yerinə düşər ki, xanım Bayramova daha çox “Azərbaycan Dəmir Yolları” QSC-ni, onun rəhbərliyini, şəxsən Cavid Qurbanovu hədəfə alan, bu istiqamətdə yazılar dərc edən media qurumları ilə əməkdaşlığa üstünlük verir. Bir növ Avropadakı söyüş müxalifətinə maddi dəstək verən bəzi keçmiş məmurlar kimi.
P.S. Yazdığımız faktlar xanım Bayramova ilə bağlı bildiklərimizin bir hissəsidir. Hələ cəmiyyətin bilmədiyi və irəlidə təqdim edəcəyimiz çox şeylər var.
NEWSCENTER.AZ