Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Füzulidə erməni əsgərlərin meyitləri aşkarlandı



Newscenter.az.24.05.2021. Bu gün Füzuli rayonunda aparılan axtarışlar zamanı Ermənistan ordusunun ikinci Qarabağ müharibəsində məhv edilmiş, əvvəllər itkin düşmüş sayılan daha 4 əsgərinin meyiti aşkarlanıb.

Bu barədə Newscenter.az “Sputnik Armeniya”ya istinadən xəbər verir.

Meyitlərinin şəxsiyyətlərinin müəyyənləşdirilməsi üçün məhkəmə-tibb ekspertizası təyin olunacaq.

Qeyd edək ki, Ermənistanın Müdafiə Nazirliyi meyitləri Qarabağda aşkarlanmış, əvvəllər itkin düşmüş əsgərlərin sayını daha açıqlamır. Halbuki əvvəllər bu say mütəmadi olaraq ictimaiyyətə açıqlanırdı.
Xəbəri paylaş