Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Gürcüstanın və Azərbaycanın Respublika Günlərinə həsr olunan Kikboksinq turniri keçiriləcək



Newscenter.az.24.05.2021. 2021-ci ilin 26-28 may tarixlərində Marneuli şəhərində yerləşən “AtaHoldinq” binasında Gürcüstanın və Azərbaycanın Respublika Günlərinə həsr olunan Kikboksinq üzrə Gürcüstanın yeniyetmə və gənclərindən ibarət dostluq turniri keçiriləcək.

Newscenter.az Azərbaycanın Gürcüstandakı səfirliyinə istinadən xəbər verir ki, turnirdə Gürcüstanın 18 şəhərindən 15 çəki kateqoriyası üzrə 150 idmançı iştirak edəcək.

Turnirin açılış mərasimi 26 may tarixində ilk Demokratik Gürcüstan Respublikasının və final qarşılaşmalarının, həmçinin mükafatlandırma mərasiminin isə mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin elan edildiyi tarixdə baş tutacaq.

Səfirlik soydaşlarımızın bu əlamətdar hadisənin şahidi ola bilmələri üçün 28 may tarixində “AtaHoldinq” binasının qarşısında qurulacak həm böyük ekran vasitəsi ilə, həmdə idman zalının daxilindən final qarşılaşmalarını və konsert proqramını izləməyə dəvət edir.

Mehman
Xəbəri paylaş