Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Həyətində çətənə bitkisi yetişdirən Saatlı rayon sakini saxlanıldı



Newscenter.az.24.05.2021. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan Newscenter.az-a verilən məlumata görə, Saatlı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində Mustafabəyli kənd sakini Fariz Əliyevə məxsus həyətyanı sahədən kultivasiya yolu ilə yetişdirilmiş 7 ədəd çətənə kolu aşkar edilərək götürülüb.

Faktla bağlı Saatlı Rayon Polis Şöbəsində cinayət işi açılıb, araşdırmalar aparılır.

Mehman
Xəbəri paylaş