Newscenter.az.24.05.2021. İranın XİN Zərifin Ermənistana və Azərbaycana səfər edəcəyi bildirilir. İranın narahatlığı getdikcə artır.. Yeni açılacaq dəhlizdən kənar qalmağından, böyük maliyyə itirməsindən nigarandır. Azərbaycanın İsraillə əlaqələrinin güclənməsi İranın narahatlığını daha da artırır..
Azərbaycana səfərində çalışacaq ki, əməkdaşlığı gücləndirsin. Baş verən proseslərlərdən kənar qalmasın. Qarabağda yenidənqurma işlərində İrana da yer verilməlisini dilə gətirəcək. Bölgədə Türkiyə, Rusiya həmçinin İsrailin də səsi İranınkından daha çoxdu. Və İran səhv bir addımla təcrid olun bilər.
Ermənistana səfərində də əvvəlki dəstəyini yenidən bildirəcək. Ermənistana yardım təklifi təzyiqlərə görə rədd edilmişdi. Ermənistan İran üçün çox da vacib deyil. Sadəcə maraqlar naminə ermənistanla əlaqələr qurur. Azərbaycanın ərazi bütövlüyünü bərpa istiqamətini görür. Və qorxuya düşür ki, birdən cənuba da niyyətlənə bilər. Və anlayır ki, belə fikri olsa, İsrail və digər anti-iran qüvvələr fürsətdən istifadə edə bilər.
İran çalışmalıdır ki, 11 Yanvar bəyanatının icrası baş tutsun. Bu bəyanatda Ermənistanın İranla da yolu müəyyən edilib. Yəni həm İran, həm də Ermənistan münasibətiləri korlamağa çalışsa, bu onların özlərinə ziyan edəcək. Bunu hər iki tərəf yaxşı bilir. Azərbaycan qonşuları ilə münasibətləri yumşaltmağa çalışdığını diqqətə çatdırıb.
Elman Vəliyev-Gənc Politoloqlar Təşkilatının sədri