Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Jalə Əhmədova: "Bəzi KİV-lər​ millət vəkili Elnur Allahverdiyev barəsində böhtan xarakterli məlumatlar tirajlayıblar"



Newscenter.az.24.05.2021. "Bir neçə gündür ki, “Deputat Elnur Allahverdiyevin sahibi olduğu Kontakt Home” mağazalar şəbəkəsinin əməkdaşları Şəhidin mebelini zorla söküb apardılar” başlığı ​ ilə sosial şəbəkələrdə paylaşılan və bəzi KİV-lərdə tirajlanan əsassız, ​ heç bir məntiqə uyğun olmayan məlumatlar ​ cəmiyyət arasında çaşqınlıq yaratmağa xidmət edir".

Newscenter.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Jalə Əhmədova səsləndirib. Millət vəkili bildirib ki, deputatlara biznes fəaliyyəti ilə məşğul olmaq qanunvericiliklə qadağandır.:

"Təbii olaraq deputat həmkarım Elnur Allahverdiyev də 2020-ci ildə keçirilmiş parlament seçkiləri ilə əlaqədar bütün sahibkarlıq fəaliyyətini dayandırıb.
Buna baxmayaraq, bəzi KİV-lər​ 17 saylı Yasamal üçüncü seçki dairəsindən millət vəkili seçilmiş və fəaliyyəti dövründə seçicilərinin etimadını layiqincə doğrultmuş millət vəkili ​ Elnur Allahverdiyev barəsində heç bir əsası olmayan, böhtan xarakterli məlumatlar tirajlamışlar".

Jalə Əhmədova qeyd edib ki, yüksək mədəniyyət və insani xüsusiyyətlərə malik olan deputat həmkarım Elnur Allahverdiyev vətəndaşlara qarşı diqqəti və qayğısı ilə bir çoxlarından fərqlənən, seçici problemlərinin həlli üçün əlindən gələn köməkliyi əsirgəməyən bir insandır:

"E.Allahverdiyev nəinki öz seçicilərinə, həm də digər seçki dairələrinin ərazisində yaşayan Şəhid ailələrinə, qazilərimizə, ehtiyacı olan digər insanlara, həmçinin pandemiya ilə əlaqədar həssas təbəqə hesab edilən vətəndaşlarımıza maddi yardımlar edərək onlara dəstək olmuş, onları narahat edən bir çox məsələlərin müsbət həllinə nail olmuşdur. Gənc bir insanın etdiklərini heçə sayıb ona böhtan atmaq olmaz. Və düşünürəm ki, onun haqqında yazılan və sosial şəbəkələrdə paylaşılan məlumatlar tamamilə cəfəngiyyatdır. Hesab edirəm ki, ​ peşəkar jurnalist adına ləkə gətirən bu cür KİV nümayəndələrinin yalnız bir məqsədi var - ​ millət vəkili Elnur Allahverdiyevin uğurlu fəaliyyətinə, cəmiyyətdəki işgüzar nüfuzuna xələl gətirmək!
Mən, KİV nümayəndələrini bu cür həssas məsələlərdə daha diqqətli olmağa çağırıram".

Ruhiyyə
Xəbəri paylaş