Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Son bir həftədə azad olunan ərazilərdə nə qədər mina aşkarlanıb?



Newscenter.az.24.05.2021. Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə icra olunan əməliyyatlar barədə həftəlik məlumatı təqdim edib.

ANAMA-dan verilən məlumata görə, mayın 17-dən 22-dək Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılan əməliyyat-axtarış tədbirləri zamanı piyada əleyhinə 93, tank əleyhinə 33 mina və 873 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.

Nəticədə 2 436 776 m² (243 ha) ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.
Xəbəri paylaş