Newscenter.az.25.05.2021. Bakının Xətai rayonunun Gəncə prospekti 97 ünvanında yaşayan insanlar üzləşdikləri problemlərdən şikayət edirlər. Onların sözlərinə görə, ərazi sürüşməyə meyillidir. Yağan yağışlar isə ərazidə daha təhlükəli durum yaradıb, hərəkət çətinləşib. Hətta, əvvəl burda insanların hərəkəti üçün pilləkanlar da olub, sonra isə dağılıb, bir daha bərpa edilməyib.
Sakinlər dəfələrlə aidiyyatı qurumlara müraciət etsələr də, problem indiyədək həllini tapmayıb.
Xətai Rayon İcra Hakimiyyətinin şöbə müdiri Pənah İmanov “Report” bildirib ki, bir müddət əvvəl Gəncə prospekti 97 ünvanına baxış keçirilib.
Onun sözlərinə görə, problemin həlli İcra Hakimiyyətinin diqqət mərkəzindədir.
Məsələ ilə bağlı süjeti təqdim edirik.