Postpandemiya dövrü və iqtisadiyyatın şaxələndirilməsi kontekstində Azərbaycanın aqrar və aqro-ərzaq sektorunun perspektivləri, hökumətin aqrar sahədə prioritetləri, eləcə də bu sahədə modernləşmə, ixracın inkişafı və kənd təsərrüfatına maliyyə dəstəyi ətrafında yerli kooperativlər və sahibkarlar arasında İnkişaf Proqramlarına marağı artırıb. Bu proseslərin Azərbaycan iqtisadiyyatına təsiri bir neçə istiqamət üzrə baş versə də, bu istiqamətlər üzrə ən vacibi sözsüz ki, aqrar istehsal, emal və aqroturizm sahələri olmuşdur.
Newscenter.az xəbər verir ki. “Bərəkət” İctimai Birliyi və “Viyən İstehsalat Kooperativi”nin birgə əməkdaşlığı ilə post pandemiya dönəmində “Kooperativin İnkişaf Proqram”ı adlı sənəd hazırlanmışdır.
“Viyən İstehsalat Kooperativi”nin fəaliyyəti Lənkəran rayonun Şürük, Viyən, Seyidkəran kəndlərini əhatə edir. Kooperativ ümumilikdə 500 ha əkin təyinatlı torpaq sahəsini özündə cəmləşdirməklə pomidor, limon, mandarin, feyxoa, düyü istehsalı ilə ixtisaslaşmışdır. Kooperativ həm də müxtəlif növ məhsulların emalı fəaliyyəti ilə məşğuldur.
“Kooperativin İnkişaf Proqram”ında əsas tədbirləri aqroturizm sahəsi əhatə etmişdir. Proqram aşağıdakı komponentlərdən ibarət olmuşdur:
1. Kənd məhsullarının yol kənarında, ferma qarşısında birbaşa satışı;
Fermer/kəndli yarmarkaları;
Kənd məhsulları festivalları;
Dekorativ təbii əl işlərinin satışı;
Kənd həyatına aid suvenirlərin, əşyaların (çoban papağı, kürk, xurcun və s.) satışı.
2. Kənddə gecələmə/qonaqlama üzrə:
Kənd yerində kəndlisayağı səhər yeməyi daxil olmaqla gecələmə/qonaqlama xidməti;
Kənd evinin həyətində kempinq/çadırda qalma xidməti;
Fermanın özündə gecələmə xidməti/təcrübəsi;
Kənd təsərrüfatı məhsullarından yerli mətbəxə aid yeməklərin hazırlanmasına cəlb edilməsi.
3. Ekskursiya fəaliyyətləri üzrə:
Təsərrüfata yaxın yerləşən mədəni-tarixi abidələrə ekskursiya;
Təsərrüfatlara (bağçılıq, əkinçilik, heyvandarlıq) ekskursiyalar;
Görməli yerlərə (çay, göl, meşə, dağ və s.) ekskursiyalar;
Kəndiçi və kəndlərarası velosiped turlarının təşkili;
Velosipedlərin kirayəsi;
Uyğun olduğu halda qayıqçılıq fəaliyyətlərinin təşkili və avadanlıqların kirayəsi.
Anar Əliyev