Newscenter.az.25.05.2021. Milli Məclisin deputatı Jalə Əhmədova, Salyan Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov və Salyan rayon prokuroru Firdovsi Nemətli Vətən müharibəsində şəhid olmuş Quliyev Kamran Dadaş oğlunun ailəsini ziyarət edib.
Newscenter.az xəbər verir ki, millət vəkili bu barədə özünün facebook sosial şəbəkə hesabında məlumat verib. Jalə Əhmədova qeyd edib ki, şəhid ailəsi ilə görüş zamanı Kamranın anası oğlu ilə bağlı xatirələrini bölüşüb, onunla qürur duyduğunu bildirib:
"Biz ailənin problemləri ilə maraqlandıq, hər zaman onların yanında olduğumuzu və dəstəyimizi əsirgəməyəcəyimizi bildirdik. Ölkəmizin suverenliyi uğrunda canından keçmiş Şəhid Kamran Quliyevin timsalında bütün Şəhidlərimizə Allahdan rəhmət diləyirəm. Ruhunuz şad, məkanınız cənnət olsun, İnşallah".
Ruhiyyə