Newscenter.az.25.05.2021. İyunun 10-dan etibarən ölkədə fəaliyyət göstərən iri ticarət mərkəzləri fəaliyyətini bərpa edəcək.
Newscenter.az xəbər verir ki, bunu Prezidentin köməkçisi – Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov Nazirlər Kabineti yanında Operativ Qərargahın mayın 25-də keçirilən brifinqində deyib.
Onun sözlərinə görə, karantin qaydalarına uyğun olaraq ticarət mərkəzlərində maska taxılması və məsafənin qorunması vacibdir.