Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Polşa təhlükəsizliyini təmin etmək üçün Türkiyəyə üz tutur



Newscenter.az.25.05.2021. Dünən Polşa prezidenti Andjey Sebastian Duda Türkiyəyə rəsmi səfəri çərçivəsində həmkarı Rəcəb Tayyib Ərdoğanla gördüşdü. Bu görüş çərçivəsində tərəflər arasında bir çox sahələrdə ikitərəfli əməkdaşlığı artırmaq məqsədi ilə 6 müqavilə imzalanmışdır.
Türkiyə və Polşa arasında imzalanan müqavilələr ticarət-iqtisadi, investisiya, turizm, müdafiə sənayesi və idman sahəsini əhatə edir.

Polşa prezidenti Andjey Sebastiyan Dudanın Türkiyəya rəsmi səfəri və bu səfər çərçivəsində tərəflər arasında müdafiə sənayesi sahəsində müqavilənin imzalanması xüsusilə diqqət çəkən məsələlərdəndir.

Tərəflər arasında müdafiə sənayesi sahəsində imzalanmış müqaviləyə əsasən Türkiyə tarixdə ilk dəfə olaraq Avropa Birliyi və NATO üzvü olan dövlətə "Bayraktar TB2" pilotsuz uçan aparatların satışını həyata keçrəcək. Onu da xüsusilə qeyd etmək lazımdır ki, Türkiyə PUA istehsalına görə dünyada 3-4 ölkədən biri hesab edilir.

"Türkiyə PUA istehsalında dünyanın ən yaxşı 3-4 ölkəsindən biridir.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirdi ki, "Biz hər zaman Polşanın Türkiyəyə dəstəyini hiss etmişik. Polşanın NATO-nun Türkiyəyə xüsusi təhlükəsizlik tədbirləri çərçivəsində İncirlikdə yerləşən hərbi bazamıza dəniz patrul təyyarəsi və hərbi missiya göndərməsini alqışlayırıq. Türkiyə prezidenti həmçinin qeyd edib ki, F-16 təyyarəmizi tezliklə Polşaya göndərəcəyik".

Polşa prezidentinin Türkiyəyə səfəri və bu səfər çərçivəsində imzalanmış müqavilələr bəzi məsələlərə, xüsusilə də müdafiə sahəsinə diqqəti yönəltməyə başladı.

Təbii ki, burada söhbət NATO-nun Polşada yerləşən hərbi bazasından gedir. ABŞ qərbin təhlükəsizliyini təmin etmək məqsədi ilə Rusiyaya qarşı Polşada özünün hərbi bazasını qursada Poşanın Türkiyədən "Bayraktar TB2" PUA-larını alması onu göstərir ki, burada məqsəd yalnızca PUA alışı deyil, eyni zamanda Polşanın xarici təhlükəsizliyini təmin etmək məsələsində Qərbə çoxda güvənmədiyini və istər Rusiya, istərsə də digər dövlətlərə qarşı Türkiyənin gücündən istifadə etmək niyyətində olduğunu göstərməkdir. Aydın məsələdir ki, PUA-lar təkcə Türkiyədə deyil, eyni zamanda ABŞ-da da istehsal olunur. Buna baxmayaraq, Polşa özünün təhlükəsizliyini təmin etmək məqsədi ilə Türkiyə ilə bu müqaviləni imzaladı.

Samir Hümbətov-siyasi şərhçi
Xəbəri paylaş