Newscenter.az.25.05.2021. “Bu gün Azərbaycanda kifayət qədər vaksin var. Peyvəndlə bağlı heç problem yoxdur. Bu gün vətəndaşlarımızın vaksin seçimi imkanı var”.
Bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin profilaktikası və kontrolu departamentinin müdiri Yaqut Qarayeva Nazirlər Kabineti yanında Operativ Qərargahın mayın 25-də keçirilən brifinqində çıxışı zamanı deyib.
TƏBİB rəsmisi bildirib ki, yaxın günlərdə Azərbaycana Pfizer-BioNTech vaksinin gətirilməsi gözlənilir: “Dünyada istifadə olunan və ÜST tərəfindən təsdiqlənən vaksinlər Azərbaycan üçün əlçatandır. Hər kəs könüllü şəkildə istədiyi vaksini vurdura bilər”.