Newscenter.az.26.05.2021. Mayın 24-də və 25-də Parlamentlərarası İttifaqın 142-ci virtual Assambleyasının İdarəedici Şurasının iclası keçirilib.
Newscenter.az Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinə istinadən xəbər verir ki, onlayn iclasa Milli Məclisin deputatları, PAİ İdarəedici Şurasının üzvləri - Kamran Bayramov, Nigar Arpadarai və Tural Gəncəliyev qatılıblar.
İclasda Assambleyanın və Daimi Komitənin virtual sessiyalar prosedurunun xüsusi qaydalarının təsdiq edilməsi, İdarəedici Şuranın 206-cı sessiyasının işi haqqında qısa hesabatların təsdiqlənməsi, PAİ-nin 2020-ci ilə dair fəaliyyətinin nəticələri haqqında illik məruzə, 2020-ci ilə dair maliyyə nəticələri,
PAİ-nin 2022-2026-ci illər üçün nəzərdə tutulan strategiyası və bir sıra təşkilati məsələlərə baxılaraq müvafiq qərarlar qəbul edilib.
Arzu