Newscenter.az.26.05.2021. Son günlər Ermənistan-Azərbaycan sərhəddində baş verən insidentlər getdikcə artmaqdadır. Bu gün isə Ermənistan tərəfindən Şuşa, Kəlbəcər və Gədəbəy ərzisinə açılmış atəş artıq tərəflər arasında üçtərəfli formatda imzalanmış 10 noyabr 2020 və 11 yanvar 2021-ci il müqavilələrinin şərtlərinə Azərbaycan tərəfindən başqa digər tərəflərin əməl etmədiyini, hətta mümkün qaədər vəziyyəti gərginləşdirməyə çalışdığının açıq sübutudur.
Təbii ki, Ermınistan tərəfinin son günlər belə "fəallaşması"nın arxasında dayanan səbəblər çoxdur. Əgər biz bu səbəbləri qruplaşdırmaq istərsək, iki qrupa bölmək olar.
Birincisi, Ermınistanın daxilində gedən proseslər və mövcud Paşinyan hökumətinin ölkədə nəzarəti tam şəkildə əlində saxlaya bilmək iqtidarında olmaması.
İkincisi, böyük güclərin Ermənistanda toqquşan maraqları. Yəni seçkiqabağı Ermənistanda baş verən proseslərə bu və ya digər şəkildə təsir etmək istəkləri. Şübhəsiz ki, böyük güclər dedikdə Ermənistanda əsas mübarizənin Rusiya və ABŞ arasında getdiyini demək mümkündür. İran üçün vacib olan hakimiyyətdə kimin olması deyil, ABŞ-ın regionda mühkəmlənməyin qarşısını almaqdır.
Ona görə də Ermənistan məsələsində ABŞ-a qarşı İran-Rusiya ittifaqını görmək olar.
Son günlər Ermənistan-Azərbaycan sərhəddində baş verən insidentdə də mövcud Paşinyan hökumətinin orduya nəzarət imkanlarının azalması da önəmli rol oynamağa başlayıb. Eks prezident Robert Koçaryanın orduda xidmət etmiş 80 qədər general və hərbiçilərlə birləşməsi cəhdləri də vəziyyətin acınacaqlı olmasından xəbər verir. Nikol Paşinyanın Azərbaycanla gizli sülh danışıqlarına getməsi bsrəsində yayılan məlumatlar Ermınistanıda siyasi mühitdə parçalanmanı daha da dərinləşdirməkdədir. İndi Ermənistandakı vəziyyət partlamağa hazır bomba kimidir. Hər an hansısa kiçik məsələlərlə Ermənistan qarışa bilər.
Samir Hümbətov-siyasi şərhçi