Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

DGK bayram günü gündəlik iş rejimində fəaliyyət göstərəcək



Newscenter.az.26.05.2021. Qarşıdan gələn 28 May - Respublika Günü ilə əlaqədar qeyri-iş günündə gömrük sərhədindən keçirilən malların operativ şəkildə gecikmədən rəsmiləşdirilməsi, mal və nəqliyyat vasitələrinin sürətli keçidinin təmin edilməsi məqsədilə Dövlət Gömrük Komitəsinin strukturuna daxil olan ərazi və ixtisaslaşdırılmış gömrük idarələri mayın 28-də gündəlik iş rejimində fəaliyyət göstərəcək.

Newscenter.az-a DGK-dan bildirilib ki, gömrük rəsmiləşdirilməsi zamanı xarici ticarət iştirakçıları hökumət ödəniş portalının xidmətindən istifadə etməklə mal və nəqliyyat vasitələrinə görə gömrük ödənişlərini həyata keçirə bilər.

Sevinc
Xəbəri paylaş