Newscenter.az.26.05.2021. Dövlət Məşğulluq Agentliyi Bərdə rayonunda bir qrup işsiz şəxs üçün dərzi peşəsi üzrə hazırlıq kursu təşkil edib.
Newscenter.az Dövlət Məşğulluq Agentliyinə istinadən xəbər verir ki, peşə hazırlığı kursu Nazirlər Kabinetinin müvafiq qərarlarına uyğun olaraq, ölkədəki sanitar-epidemioloji vəziyyət nəzərə alınmaqla, tədris və təlim-tərbiyə prosesinin təşkilinə dair xüsusi tələblərə riayət edilməklə keçirilir.
İlkin olaraq 20 işsiz şəxsin (hər biri 10 nəfərlik iki qruplarda) cəlb olunduğu peşə hazırlığı kursu lazımi texniki və əyani vəsaitlərlə təchiz olunmuş xüsusi sinif otaqlarında təşkil olunub. Peşəkar mütəxəssislər tərəfindən müdavimlərə nəzəri biliklərlə yanaşı, istehsalat təcrübəsi zamanı praktiki bilik və bacarıqlar da tədris olunur.
Üç aylıq kurs müddətində müdavimlərə ölkə üzrə müəyyən olunmuş minimum aylıq əməkhaqqı məbləğində təqaüd də ödəniləcək. Kursu müvəffəqiyyətlə bitirən şəxslərə sertifikat veriləcək və Agentlik tərəfindən işlə təmin olunacaqlar.
Sevinc