Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Salyanda "Nizami İli" çərçivəsində tədbir keçirilib



Newscenter.az.26.05.2021. . "Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 05 yanvar 2021-ci il tarixdə imzaladığı Sərəncama əsasən ölkəmizdə 2021-ci il “Nizami Gəncəvi ili” elan edilib. Onu da qeyd edim ki, bu il, anadan olmasının 880 illiyi tamam olan dahi şair və mütəffəkirin yubileyləri ölkəmizdə hər zaman dövlət səviyyəsində silsilə tədbirlərlə geniş qeyd olunub".

Newscenter.az xəbər verir ki, belə bir açıqlama ilə çıxış edən Milli Məclisin deputatı Jalə Əhmədova deyib ki, Cənab Prezidentin Sərəncamına uyğun olaraq mayın 24-də Salyan rayonu, Heydər Əliyev Mərkəzində görüş keçirib:

"Pandemiya qaydalarına uyğun şəraitdə keçirilən görüşdə “Nizami Gəncəvi ili” ​ çərçivəsində həyata keçirilən tədbirlərin gənclərin ədəbi mühitinin zənginləşməsində mühüm əhəmiyyətə malik olmasından, ​ qüdrətli söz və fikir ustadının insanları daim əxlaqi kamilliyə çağıran və yüksək mənəvi keyfiyyətlər aşılayan zəngin yaradıcılığından söz açdım. Azərbaycanın klassik ədəbi-mədəni irsinə həmişə milli təəssübkeşlik və vətənpərvərlik mövqeyindən yanaşan Ümummilli lider Heydər Əliyevin Nizami irsinə xüsusi diqqət yetirməsindən, ​ ölkəmizdə Nizami sənətinin öyrənilməsi və tanıdılması sahəsində görülən işlərdən bəhs etdim".

​Qeyd edək ki, görüşün sonunda millət vəkili Heydər Əliyev Mərkəzinin əməkdaşlarına fəaliyyətlərində uğurlar arzulayıb.

Ruhiyyə
Xəbəri paylaş