Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Bu il müstəqilliyimizi Qarabağımızla qeyd edirik



Newscenter.az.27.05.2021. Yüz üç il bundan əvvəl - 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması ölkəmizin həyatına böyük tarixi hadisə kimi daxil oldu. Müstəqil, azad, demokratik respublika qurmaq məqsədini qarşıya qoyan Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 aylıq fəaliyyəti dövründə xalqın milli mənlik şüurunu özünə qaytardı, onun öz müqəddəratını təyin etməyə qadir olduğunu nümayiş etdirdi. 1918-ci il mayın 28-də qəbul edilən İstiqlal Bəyannaməsindən - Əqdnamədən də göründüyü kimi, bu möhtəşəm tarix xalqımızın müstəqillik hisslərini daha da gücləndirdi.

XX əsrin sonlarında yenidən müstəqilliyinə qovuşan Azərbaycan öz suverenliyini qoruyub saxlamağı bacardı. Yenidən hakimiyyətə qayıdan ümummilli lider Heydər Əliyev Azərbaycan dövlətçiliyinin qorunması üçün qətiyyətli tədbirlər gördü, ölkədə davamlı ictimai-siyasi sabitliyi bərqərar etdi. Beləliklə, Heydər Əliyevin şah əsəri olan müasir müstəqil Azərbaycan dövləti quruldu və sürətli inkişaf yoluna qədəm qoydu.

Ulu Öndərimiz dəfələrlə bildirmişdi ki, biz bu gün demokratik Azərbaycan dövlətini qururuqsa, ayağa qaldırırıqsa, Xalq Cümhuriyyətinə borcluyuq. Azərbaycan Xalq Cümhuriyyətinin tariximizdəki yeri və roluna xüsusi qiymət verən Heydər Əliyev deyirdi: “Biz ilk Demokratik Cümhuriyyətin yaranması gününü əziz tutaraq, onu Azərbaycanın dövlət müstəqilliyi günü – Respublika Günü elan etmişik və bu, bizim milli bayramımızdır”.

Ümummilli Liderin bu siyasətini Prezident İlham Əliyev uğurla davam etdirir. Dövlətimizin başçısının sərəncamları ilə 2018-ci il ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan olundu və AXC-nin 100 illik yubileyi təntənəli şəkildə qeyd edildi. Xalqımız Cümhuriyyətin yarandığı 28 May – Respublika Gününü bu il də milli bayram kimi qeyd edir.

Bu il ötən 30 ildən sevindirici bir halı ilə fərqənir, bu il müstəqillik gününü qürurla qeyd edə bilir Azərbaycan. Bu il Möhtərəm prezidentimiz İlham Heydər oğlu Əliyevin uzaq görən siyasəti, qəhrəman hərbiçilərimizin canları bahasına əldə etdikləri QARABAĞIMIZLA qeyd edirik Müstəqilliyimizi. Əminəm ki, illər keçsə də bu müstəqilliyimiz ölkəmizə zəfər qazandıran Möhtərəm prezidentimizin DƏMİR YUMRUĞUNUN əks sədası sayəsində Azərbaycanın tarixindən silinməyəcək. Var olsun Müstəqil Azərbaycan Respublikası.Var olsun 200 ildən çox qazanmadığımız qələbəni ölkəmizə qazandıran VƏTƏN OĞLU MÖHTƏRƏM PREZİDENTİMİZ İLHAM ƏLİYEV.

MÜSTƏQİLLİK GÜNÜN MÜBARƏK AZƏRBAYCAN!!!

Stare Haciyeva

İnsan Hüquqlarının Müdafiəsi və Ekologiyanın Qorunması Mərkəzinin sədri
Xəbəri paylaş