Newscenter.az.27.05.2021. Azərbaycan Respublikası Milli Məclisinin deputatı Şahin Seyidzadə 26 may tarixində Qobustan rayonunun Cəngi və Qurbançı kəndlərində fərdi vətəndaş qəbulu keçirmişdir.
Newscenter.az xəbər verir ki, ümumilikdə 24 vətəndaşın iştirak etdiyi səyyar qəbulda Cəngi, Ərəbşahverdi, Nabur, Qurbançı kəndi və Qobustan şəhər sakinlərinin iştirak etməsi barədə deputat öz sosial şəbəkə hesabında məlumat yerləşdirmişdir. Keçirilən qəbullarda əsasən kommunal (işıq, qaz və su təminatı) xidmətlər, yol infrastrukturu, məktəb tikintisi, kənd təsərrüfatı, səhiyyə, hüquq və məhkəmə fəaliyyəti, həmçinin social təminat mövzularında müraciətlər səsləndirilmişdir.
Qeyd etmək lazımdır ki, deputat Şahin Seyidzadə cari ayın 18-də Abşeron rayonu Qobustan kəndində, Perekeşkül qəsəbə və Qobustan kəndi üzrə, 24-də isə Aşağı Güzdək, Qobu, Hökməli qəsəbələri, Novxanı kəndi, Qobustan rayonunun Çalov, Ərəbqədim və Yekəxana kənd sakinləri ilə Abşeron rayon Heydər Əliyev Mərkəzində fərdi qəbullar keçirmişdir.
NEWSCENTER.AZ