Newscenter.az.27.05.2021. Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi yaranmasının 20 illiyi münasibətilə “Azərbaycan Respublikasında dövlət-din münasibətləri: 20 illik zaman kəsiyində” mövzusunda yerli kütləvi informasiya vasitələrinin təmsilçiləri arasında yazı müsabiqəsi elan edir.
Newscenter.az-a Dövlət Komitəsindən bildirilib ki, müsabiqəyə 2021-ci il mayın 27-dən iyunun 17-dək qəzet, jurnal və informasiya agentliklərində, həmçinin xəbər saytlarında yayımlanan yazılar buraxılacaq.
Müsabiqənin nəticələri 2021-ci il 21 iyun tarixində açıqlanacaq.
Müsabiqədə I yer üçün 1 nəfər (800 manat), II yer üçün 2 nəfər (600 manat), III yer üçün 3 nəfər (400 manat) yazı qaliblərinin mükafatlandırılması nəzərdə tutulub. Bundan əlavə, 6 yazı müəllifinə (hər biri 200 manat) həvəsləndirici mükafatlar veriləcək.
Mehman