Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

İşğaldan azad edilən ərazidə 1 ton 700 kq narkotik aşkarlandı



Newscenter.az.27.05.2021. Qubadlı rayonu ərazisində narkotik aşkar edilib.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Qubadlı Rayon Polis Şöbəsi və Dövlət Sərhəd Xidməti əməkdaşlarının keçirdikləri "Xaşxaş-2021" şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində Davudlu kəndi ərazisində yabanı halda bitən 1 ton 700 kiloqram çəkidə 3031 ədəd çətənə kolu aşkar edilərək məhv edilib.
Xəbəri paylaş