Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Mayın 28-də “ASAN xidmət” işləməyəcək



Newscenter.az.27.05.2021. 28 may – Respublika günü münasibətilə “ASAN xidmət” və "ASAN Kommunal" mərkəzlərində qeyri - iş günüdür.

Bu barədə Newscenter.az-a Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar Agentliyindən məlumat verilib.

Bildirilib ki, 29 və 30 may tarixlərində vətəndaşlar yalnız şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi, ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi, daşınmaz əmlakla bağlı əməliyyatların qeydiyyatı xidməti, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı xidməti və miqrasiya xidmətləri ilə bağlı hazır sənədlərin götürülməsi üçün saat 10:00-dan 17:00-dək Bakı, Sumqayıt və Gəncə “ASAN xidmət” mərkəzlərinə müraciət edə bilərlər.

Qeyd olunub ki, 31 may tarixindən etibarən isə vətəndaşlar mərkəzlərə müraciət etməklə müvafiq xidmətlərdən yararlana bilərlər.

Sevinc
Xəbəri paylaş