Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Paşinyan məngənə arasında qalıb



Newscenter.az.27.05.2021. Ermənistan Baş Naziri Nikol Paşinyan gərginliyin yaşandığını Geğarkunik bölgəsinə gələrək əhali ilə görüşüb. Paşinyan seçki öncəsi çətin vəziyyətlə üzləşib. Bir yandan müxalifətin ittihamları, digər yandan cəbhədə təxribat törətmək istəyən erməni diversiya qruplarının Azərbaycan tərəfindən əsir götürülmələri.. Bu təxribatlar məqsədyönlü formada həyata keçirilir.

Yəni yenidən işğal proseslərinə fokslanmayıblar, sadəcə plana əsasən belə arada propagandalar hazırlayırlar. Belə deyək, hərbi deyil siyasi xarakter daşıyır. Kiçik qruplarla belə təxribatlar, əlbəttə, işğal məqsədi daşımaz. Seçki qabağı oynanılan oyunlardır.

Belə sitüasiyanın Paşinyanı çətin vəziyyətdə qoyduğunu gördükdə bunun məqsədyönlü olduğu aydın olur..
Qarabağ klanının bu təxribatlarda əllərinin olduğunu desək yanılmarıq.

Bu klanın məqsədi ermənistanın düçar olduğu bu çətin vəziyyətdən çıxartmaq deyildir, sadəcə hakimiyyəti ələ almağa cəhd edirlər. Bunun üçün həm cəbhədə, həm də mərkəzdə təxribatlar törədirlər.

Paşinyan Təhlükəsizlik şurasını çağırıb iclas keçirtdi. Və bir-iki təklif irəli sürdü. Azərbaycan tərəfi ilə yeni sülh planı təqdim edəcəyini bildirib. Gərginlik olan yerlərə təkcə Rusiyanın deyil Fransa və ya ABŞ-ın(Minsk qrupunun həmsədrləri) da müşahidəçiləri yer alsın..

Paşinyan vəziyyətin çətin olduğunu görür. Qərbin dəstəyinə ehtiyacı var. Fikirləşir ki, digər müşahidəçilər də yer alsa, almasa belə bunu səsləndirməyim mənə az da olsa üstünlük qazandıra bilər..
Seçim xalqa qalsa, Paşinyanı seçərlər. Ancaq burda həm Rusiyanın, həm də Qərb və ABŞ-ın maraqları toqquşur..

Paşinyan seçki qabağı Rusiyanın dəstəyini qazanmağa çalışır. Əslində Paşinyan da rusiyaya sərf edir. Rusiyanın çoxdan həyata keçirmək istədiyi "sülhməramlılar" planı Paşinyanın hakimiyyəti dövrünə düşdü. Bu fiqur hələ də sərf etməkdədir.

Amma Rusiya tərəfinin Paşinyanın digər müşahidəçilər təklifinə izin verəcəyini zənn etmirəm. Ötə yandan isə hökumətin Qafan və Mehridəki torpaq sahələrinin Rusiya Federasiyası Federal Təhlükəsizlik Xidmətinin (FSB) Sərhəd qoşunlarına pulsuz istifadə üçün verilməsi bildirilir. Rusiya bu qədər irəli getdikdən sonra Fransa və yaxud ABŞ müşahidəçisini bölgəyə soxarmı heç!

Azərbaycan tərəfinin saxladığı 6 nəfər erməni divesantlarının geri qaytarılması Paşinyan üçün üstünlük qazandıra bilər. Münaqişə tərəfləri arasında yenidən danışıqlar olacaq. Çox güman, ermənistan tərəfi bu əsirləri geri qaytarılmasını istəyəcək, həmçinin Rusiya tərəfi də buna çalışacaq. Ola bilsin ki, Azərbaycan tərəfi buna razı olsun, amma şərtlərini diktə edərək yerinə yetirilməsi müqabilində..

Elman Vəliyev-Gənc Politoloqlar Təşkilatının sədri
Xəbəri paylaş