Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Tağıyevin Edinburqda heykəli varmı ?



Newscenter.az.27.05.2021.
Uzun zamandır Azərbaycan mediasında və hətta tarix kitablarında belə bir fikir təbliğ edir. Guya XIX əsrin 90-cı illərində Con Daltner adlı bir ingilis zadəganı hacının qonağı olarkən onun mesenatlıq, xeyriyyəçilik və maarifçilik fəaliyyətinə o qədər heyran olmuşdu ki, vətəninə qayıtdıqdan sonra İngiltərənin Edinburq şəhərində öz vəsaiti hesabına mərhəmətli hacının abidəsini ucaltdırmışdı..

Bu fikiri yayan isə akademik rütbəsi daşıyan bir alimdir və ona da çoxu istinad verir. Əslində bu başdan ayağa yalandan başqa bir şey deyildir.
Qeyd edilən Con Daltner əsla Bakıda olmayıb, Hacı Tağıyevlə görüşməyib, Şotlandiyanın Edinburq şəhərində də heç bir heykəl qoyulmayıb..bu heykəlin şəklini tapan olsa və yaxud ən azı hansı küçədə olduğunu deyən olsa ona gözəl bir hədiyyə məndən.

Edinburq şəhərində heykəli qoyulan şəxs elə Con Daltner adlı həkimin özüdür. Hindistan kral ailəsinin üzvlərindən birinin yeganə övladı – qızı ağır xəstəliyə tutulmuşdur. Bir çox yerdən həkimlər çağırılsa da, uşaq nə qədər müalicə olunsa da, zəifliyi artır və xəstəliyi şiddətlənirdi. Vəzirlər ingilis həkimi Con Daltneri hökmdara məsləhət gördülər. Qızının sağalmasına ümidini itirən hindli raca həkimə dedi ki, əgər qız sağalsa, onda onu ingilisə ərə verər və Daltneri özünə kürəkən edər. Daltner qızın xəstəliyinin səbəbini tapıb onu müalicə etdi və sağaltdı. Bundan hədsiz sevinən raca həkimi yanına çağırtdırıb, ona “oğul” deyə müraciət etdi və vədəsinə əməl olunacağına söz verdi. Daltner fikirləşmək üçün üç gün möhlət istədi. Daltner düşündü ki, onun qızına evlənsə və Hindistan taxt-tacının vəliəhdi olsa, onda vətəni İngiltərəyə xəyanət edər, onun siyasətinə mane olar: “Mən öz dövlətimdən və millətimdən necə əl çəkib, ona yağı ola bilərəm? Raca da, onun gözəl qızı da vətənimin bir ovuc torpağına qurban və fəda olsunlar”, - deyə fikirləşib, onun yanına gəldi və üzr istəyib İngiltərəyə dönmək istədiyini bildirdi.

Elə ki, bu hadisə məşhurlaşdı, hamı Daltnerin qeyrətinə və mərdliyinə heyran qaldı, ingilis hökuməti onu xüsusi hədiyyələrlə təltif etdi və ona sağlığında doğulduğu Edinburq şəhərində heykəl qoyurlar..

Bu hadisə 1776-cı ildə olub, onda Hacı heç dünyaya gəlməmiş idi. Hacı 1823-cü ildə anadan olub..

Bir sözlə nə Bakıda Con Daltner olub, nə də Hacının Şotlandiyada heykəli var. Bu uydurma tarixi hadisəni yayan akademik özü isə bunu sübut edəcək heç bir fakt ortaya qoya bilmr..

Dosent Zaur Əliyev
Xəbəri paylaş