Newscenter.az.28.05.2021. "Bu gün mən azad edilmiş torpaqlara yenidən gəlmişəm. Bu gün bu torpaqlarda bir neçə tədbir keçirilir. Bu tədbirlərin məqsədi azad olunmuş torpaqları tezliklə bərpa etməkdir ki, insanlar buraya qayıtsınlar və bu torpaqlara həyat gəlsin»,
İlham Əliyev
Qalib Liderimizin Qarabağa hər səfərindən qürur və iftixar hiss keçiririk. Çünki işğaldan azad edilmiş torpaqlara tarixi səfərləri ilə Qalib Liderimiz həmin nidanı qoydu – Qarabağ Azərbaycandır və NİDA! Bu nidanı qoymaqla Ali Baş Komandanımız bütün çıxışlarında, müsahibələrində, görüşlərində və işğaldan azad edilmiş Qarabağ torpaqlarına səfrlərində bilidirib ki, Qarabağı cənnətə çevirəcəyik: "...Gəlmişik və qayıtmışıq. Düşməni qovmuşuq torpaqlarımızdan, Azərbaycanın Dövlət bayrağını ucaltmışıq. Bundan sonra bu torpaqda biz yaşayacağıq, necə ki, əsrlərboyu biz yaşamışıq, bizim xalqımız yaşayıb...".
Mayın 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Qarabağa yeni səfəri baş tutub və Qalib Sərkərdəmizə Ağdam şəhərinin baş planı təqdim olunub.Prezident İlham Əliyev Ağdam şəhərinin bərpasının təməl daşının qoyulması mərasimində iştirak edib, rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb.
Əminik ki tezliklə Ali Baş Komandan gözəl Qarabağımızı yenidən canlandıracaq, onu cənnətə çevirəcək. Bu vaxtaparan, həm də külli miqdarda vəsait tələb edən çətin bir proses olacaq. Lakin qurucu liderimiz, Prezident İlham Əliyevin rəhbərliyi ilə bütün çətinlikləri aradan qaldıraraq Qarabağı əvvəlkindən də abad edəcəyik. Dövlətimiz neçə vaxtdır köçkün həyatı sürən qarabağlıların bu yerlərə qayıdıb firavan yaşaması üçün lazım olan hər şeyi edəcək. Çünki........
#QarabağAzərbaycandır!
Qarabağlı, bütöv Azərbaycan daim var olsun!.
Aygül Bağırova
Azərbaycan Jurnalistlər Birliyinin üzvü, "Qızıl Qələm" media mükafatı laureatı