"Azərsu" ASC-nin əməkdaşı iş yerində intihar edib
Tarix: 28-05-2021, 14:42
Newscenter.az.28.05.2021. Saatlı rayonunda intihar hadisəsi baş verib.
“Report”un xəbərinə görə, rayonun Yeni Novruzlu kəndi ərazisində 4 nömrəli Regional Sukanal İdarəsinə aid otaqda həmin idarənin əməkdaşı - 62 yaşlı Rzaxan Alışov intihar edib.
Faktla bağlı Saatlı Rayon Prokurorluğunda araşdırma aparılır.
Qeyd edək ki, 4 nömrəli Regional Sukanal İdarəsi "Azərsu" ASC-nin strukturuna daxildir.