Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Cəlilabadda su üstündə kütləvi dava olub, yaralılar var



Newscenter.az.28.05.2021. Cəlilabad rayonunda kütləvi dava olub.

"Report"un Muğan bürosunun məlumatına görə, hadisə rayonun Alar kəndi ərazisindəki əkin sahəsində baş verib.

Belə ki, kənd sakiniləri - 1991-ci il təvəllüdlü Hüseynov Xalid Hakim oğlu və 1996-cı il təvəllüdlü Balakişiyev Salam Rizvan oğlu döyülüb.

Şahidlərin bildirdiyinə görə, hər iki şəxs əkin sahəsinə su gəlmədiyi üçün suyun mənbəyinə doğru gedib. Daha sonra X.Hüseynov və S.Balakişiyevin orada olan bir neçə şəxslə aralarında mübahisə yaranıb. Nəticədə X.Hüseynovla S.Balakişiyev döyülüb.

Yaralılar müxtəlif dərəcəli bədən xəsarətləri ilə Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Hadisə ilə bağlı DİN-in Mətbuat xidmətinin Lənkəran regional qrupunun baş inspektoru Məhəmməd Rzayev "Report"a bildirib ki, faktla bağlı Cəlilabad Rayon Polis Şöbəsində araşdırma aparılır: "Təyin edilmiş müvafiq ekspertizanın və aparılacaq araşdırmanın nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək".
Xəbəri paylaş