Newscenter.az.29.05.2021. Daxili işlər orqanlarının əməkdaşları ötən gün paytaxtın Binəqədi və Nəsimi rayonları ərazilərində 2 nəfər aktiv koronavirus xəstəsi ictimai yerlərdə aşkar edilərək saxlayıb.
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, polis əməkdaşları onlarla izahedici söhbətlər aparıb.
Onlardan biri tibbi prosedurlar gözlənilməklə yaşadığı evə qaytarılıb, bu barədə müvafiq səhiyyə qurumları məlumatlandırılıb.
Digər şəxsin Abşeron rayonu ərazisindəki modul tipli xəstəxanada müalicə almasına baxmayaraq, oranı özbaşına tərk etməsi müəyyən edilib və xəstəxanaya təhvil verilib.