Newscenter.az.29.05.2021. "Bu il yanvar ayının 16-da sosial media vasitəsilə etdiyi açıqlamada, Qarabağ zəfərinin ardından Azərbaycanın düşüncə və sənət həyatında özünəməxsus yeri olan Şuşada Ülkü Ocaqları Təhsil və Mədəniyyət Vəqfinin vasitəsilə doqquz sinifli bir məktəb tikəcəyimizi bildirmişdim. Bu çərçivədə layihə də hazırlayaraq ictimaiyyətə açıqlamışdıq. Hətta tikəcəyimiz məktəbə Şuşada doğulmuş, Azərbaycan dövlət himninin bəstəkarı mərhum Üzeyir Hacıbəylinin adını verməyi də düşünmüşdük. Haqqında söz açdığımız məktəbin təməlatma günü olaraq da 30 yanvar 2021-ci il tarixini planlaşdırmışdıq. Ancaq Azərbaycan hökuməti, bizim bu layihəmizi uyğun görməyərək yeni və fərqli bir məktəb layihəsi hazırlayıb. Əlbəttə, bu seçimə görə qarşı tərəfə sözümüz yoxdur - onların təbii haqqıdır, bizə də sayğı duymaqdan başqa bir seçənək qalmadı".
Hafta.az-ın yazdığına görə, bu sözləri Türkiyə Millətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalı şəxsi twitter hesabında yazıb.
Baxçalı əlavə edib ki, məhz Bakının aldığı qərardan dolayısı MHP Şuşada yeni məktəb binası tikmək fikrindən vaz keçib. O, məktəbin tikintisi üçün maddi yardım edən hər kəsə təşəkkür edib və verdikləri pulun ən qısa vaxtda sahiblərinə geri qaytarılacağını deyib.