Newscenter.az.29.05.2021. Uzun illərdir, 1979-cu ildə İran İslam İnqilabından sonra İran və ABŞ arasında münasibətlərin kəskin olduğu, hətta düşmənçilik həddində olması barəsində məlumatlar dünya medyasının gündəmini zəbt etməkdədir. Hətta İranlı rəsmilərin tez-tez verdiyi açıqlamalarda ABŞ-ı ağır sözlərlə də təhqir edirlər. Eyni zamanda ABŞ-da İrana qarşı sanksiyaları artırmaqdadır. Təbii ki, tərəflər arasındakı atılan bu addımlar heç də İran və ABŞ arasındakı münasibətləri əks etdirmir. Zaman-zaman tərəflərin atdığı addımları analiz etdiyimizdə İran-ABŞ münasibətlərini heç də göründüyü kimi olmadığını demək mümkündür.
Bu münasibətlərin daha çox 2000-ci illərin əvvəllərindən başlayaraq mövcud olduğu müşahidə edilməkdədir.
ABŞ-ın Əfqanıstanı işğal etməsi və ondan sonrakı mərhələdə ABŞ-İran gizli əməkdaşlığı daha çox müşahidə edilməkdədir. Xüsusən də ABŞ-ın Əfqanıstanda yetişdirdiyi narkotiki İran vasitəsi ilə dünya bazarlarına çıxarması, yəni İrandan tranzit kimi istifadə etməsi müşahidə edilməkdədir.
ABŞ-ın İraqı işğalındakı proses və ondan sonrakı mərhələdə də İran ABŞ-a gizli dəstəyini nümayiş etdirmişdir. Bu dəstək ABŞ qoşunlarının İraqa müdaxiləsi zamanı İraqın şiə mənsəbinə məxsus və İraqın əksər hissəsini təşkil edən Şiə təriqətinə mənsub əhalinin ABŞ-a qarşı ciddi dirənc göstərməməsi nəticə etibarı ilə İraqın işğalına səbəb oldu.2007-ci ildə isə İraqın Bağdad şəhərində ABŞ və İran rəsmiləri arasında görüş keçrildi.
İran və ABŞ arasında bu tip hadisələri daha çox qeyd etmək mümkündür.
Samir Hümbətov-siyasi şərhçi