Newscenter.az.29.05.2021. Visual Capitalist saytı 2020-ci ildə dünyada hərbi xərclərinə görə ilk 10-luqda qərarlaşan ölkələrin adını açıqlayıb. Saytın yaydığı məlumata əsasən, 2020-ci il üzrə ümumilikdə dünya dövlətləri hərbi xərclər üçün 2 triliyon dollar istifadə etmişdir ki, bunun da 75%-i, yəni 1 trilyon 482 milyard dolları ilk 10 dövlətin payına düşür.
2020-ci ildə müdafiə xərcləri üzrə ilk 10-luqda qərarlaşan dövlətlər bunlardır;
1. ABŞ-778 milyard dollar
2. Çin-252 milyard dollar
3. Hindistan-72.9 milyard dollar
4. Rusiya-61.7 milyard dollar
5. Böyük Britaniya-59.2 milyard dollar
6. Səudiyyə Ərəbistanı-57.5 milyard dollar
7. Almaniya-52.8 milyard dollar
8. Fransa-52.7 milyard dollar
9. Yaponiya-49.1 milyard dollar
10. Cənubi Koreya-45.7 milyard dollar
2020-ci ildə olduğu kimi 2019-cu ildə bu ölkələr 10-luqda öz mövqelərini qorusalarda, 2019 və 2020-ci illər arasında bəzi dövlətlərdə artma və azalma müşahidə olunmuşdur.
ABŞ-ın 2019-cu ildə hərbi xərcləri 732 milyard dollar təşkil etdiyi halda, 2020-ci ildə 6.2 % artaraq 778 milyard dollar təşkil etmişdir.
Çinin 2019-cu ildə hərbi xərcləri 261 milyard dollar təşkil etdiyi halda, 2020-ci ildə 3.4% azalaraq 251 milyard dollar təşkil etmişdir.
Hindistanın 2019-cu ildə hərbi xərcləri 71.1 milyard dollar təşkil etdiyi halda, 2020-ci ildə 2.5% artaraq 72.9 milyard dollar təşkil etmişdir.
Rusiyanın 2019-cu ildə hərbi xərcləri 65.1 milyard dollar təşkil etdiyi halda, 2020-ci ildə 5.2% azalaraq 61.7 milyard dollar təşkil etmişdir.
Bu 10-luqda 2019-cu ilə nisbətən 2020-ci ildə hərbi xərclərin artımı ən çox Böyük Britaniyada müşahidə edilmişdir. Böyük Britaniyanın hərbi xərcləri 2019-cu ildə 48.7 milyard dollar təşkil etdiyi halda, 2020-ci ildə 21.5% artaraq 59.2 milyard dollar təşkil etmişdir.
Səudiyyə Ərəbistanının 2019-cu ildə hərbi xərcləri 61.9 milyard dollar təşkil etdiyi halda, 2020-ci ildə 7.1% azalaraq 57.5 milyard dollar təşkil etmişdir.
Almaniyanın 2019-cu ildə hərbi xərcləri 49.3 milyard dollar təşkil etdiyi halda, 2020-ci ildə 7.1% artaraq 52.8 milyard dollar təşkil etmişdir.
Fransanın 2019-cu ildə hərbi xərcləri 50.1 milyard dollar təşkil etdiyi halda, 2020-ci ildə 5.1% artaraq 52.7 milyard dollar təşkil etmişdir.
Yaponya da 2019-cu ilə nisbətən 2020-ci ildə hərbi xərcləri artırmışdır. Yaponiyanın 2019-cu ildə hərbi xərcləri 47.6 milyard dollar təşkil etdiyi halda, 2020-ci ildə 3.1% artaraq 49.1 milyard dollar təşkil etmişdir.
Cənubi Koreyanın da hərbi xərcləri 2019-cu ilə nisbətən 2020-ci ildə atırılmışdır. Cənubi Koreyanın 2019-cu ildə hərbi xərcləri 43.9 milyard dollar təşkil etdiyi halda, 2020-ci ildə 4.1% artaraq 45.7 milyard dollar təşkil etmişdir.
Dünyada silahlanmaya xərclənən pulların belə sürətli artım tempi nəticə etibarı ilə gələcək müharibələri qaçılmaz edəcək. Görünən odur ki, qarşıdakı dövrdə müasir texnoloji sahların fərqli regionlarda sınaqdan keçrilməsinin şahidi ola bilərik.
Samir Hümbətov-siyasi şərhçi